XƏBƏRLƏR / Ticarət

Azərbaycanın xarici ticarət dövriyyəsi 5,2% artıb

Məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) verilib

Azərbaycanın xarici ticarət dövriyyəsi 5,2% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici ticarət dövriyyəsi 5,2% artıb. 2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici ölkələrlə 37,211 milyard dollar dəyərində ticarət əməliyyatları həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% artım deməkdir.

    Bu xarici ticarət dövriyyəsinin 23,865 milyard dollarını ixrac, 13,346 milyard dollarını isə idxal təşkil edib.

    Son bir ildə ixrac 28,3% artıb, idxal isə 20,4% azalıb. Nəticədə xarici ticarətdə 10,519 milyard dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 dəfə çoxdur.