Azərbaycan və Dünya Bankı birgə layihələri müzakirə etdilər
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərliyi altında missiya ABŞ-da səfərdədir
Azərbaycan və Dünya Bankı (WB) əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri müzakirə edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde ilə keçirilən görüşümüz Yaz Toplantıları çərçivəsində baş tutan mühüm müzakirələrdən biri oldu.
Görüşdə DB-nin ölkəmizə potensial dəstək imkanlarını, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri və yeni fəaliyyət istiqamətlərini müzakirə etdik. Həmçinin, COP29 gündəliyində olan mühüm məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib.