İranda beş iri bankın, o cümlədən SEPAH və İran ordusu ilə birbaşa əlaqəli maliyyə qurumlarının iflas həddinə çatdığı bildirilir.
"Wall Street Journal" qəzetinin məlumatına görə, ölkənin ən böyük üç bankından biri olan və SEPAH ilə İran ordusunun əsas maliyyə dayağı sayılan "Sepah Bank" ciddi maliyyə böhranı yaşayır.
Ötən ilin sonlarında rejim yaxınları tərəfindən idarə olunan və bir yığın kredit üzündən təxminən 5 milyard dollar zərər çəkən "Ayandeh Bank"ı müflis oldu.
Məlumata əsasən, problemlə üzləşən bankların sayı ümumilikdə beşə çatır.
Bank sisteminin çökməsinin qarşısını almaq üçün İran Mərkəzi Bankı kütləvi şəkildə pul çap edir və problemli banklara davamlı kreditlər ayırır. Ancaq iqtisadçılar xəbərdarlıq edirlər ki, bu siyasət maliyyə sabitliyini qorumaq əvəzinə, ölkədə yeni və daha ağır inflyasiya dalğasına yol aça bilər.
1 dəqiqə