“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərsizləşəcək. O, bu barədə "X" sosial şəbəkəsində bildirib.
“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - deyə Mask yazıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-ın dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.