Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib
Dollar bu gün TL qarşısında 0,31?halaşıb
Türkiyə lirəsi dollar qarşısında tarixi minimumunu yeniləyib.
Oktyabrın 9-da birjalarda Dollar/Türkiyə lirəsi məzənnəsi 28,09 səviyyəsini test edib, hazırda isə 27,69 səviyyəsində ticarət edilir. Başqa sözlə, dollar bu gün TL qarşısında 0,31% bahalaşıb.
Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 27.55 TL, satış üzrə 27.60 TL müəyyən edib. Azərbaycanda isə Azərbaycan Mərkəzi Bankının oktyabrın 9-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0616 manata ticarət edilir.
Qeyd edək ki, Türkiyə Maliyyə Nazirliyi daha əvvəl bəyan edib ki, onlar məzənnə ilə bağlı hədəflər təyin etmirlər, lirə sərbəst şəkildə üzmək üçün buraxılıb.