XƏBƏRLƏR / Maliyyə

2026-2029-cu illər üzrə manat/dollar nisbəti necə dəyişəcək?

Maliyyə Nazirliyi açıqlama verib

2026-2029-cu illər üzrə manat/dollar nisbəti necə dəyişəcək?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2029-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır

    Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

    Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2026-2029-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.