XƏBƏRLƏR / Maliyyə

Əhalinin borc yükü artmaqdadır

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir

Əhalinin borc yükü artmaqdadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərdə müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

    Sənədə əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18 % olub.

    “Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də, bankların 15 %-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Borclanma məsələsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır", - AMB bəyan edib.