Türkiyə Mərkəzi Bankının rəhbəri istefa verib
Hafize Qaye Erkan bu barədə açıqlama yayıb
Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan istefa verib.
Türkiyə mətbuatı xəbər verir ki, o, bu barədə açıqlama yayıb.
“Hörmətli Prezidentimizdən ilk gündən bəri şərəflə icra etdiyim vəzifəmdən azad olunmağımı istəyirəm... Vəzifədə olduğum müddətdə dəstəyini heç vaxt əsirgəməyən Prezidentimizə hörmətimi və minnətdarlığımı bildirirəm”, - deyə Erkan qeyd edib.
Türkiyənin maliyyə naziri Mehmet Şimşək isə "X" sosial şəbəkəsində bildirib ki, Hafize Qaye Erkan istefa qərarını şəxsi səbəblərə görə verib.
Prezident Rəcəb Tayyib Ərdoğan Fatih Karahanı Türkiyə Mərkəzi Bankının yeni sədri təyin edib.
Dövlət başçısının bununla bağlı imzaladığı qərar Rəsmi Qəzetdə dərc olunub.
Fatih Karahan əvvəl Mərkəzi Bankın sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının rəhbəri Hafize Qaye Erkan ötən gün istefa vermişdi.