Mərkəzi Bank “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib
Bu barədə AMB-dən bildirilib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası”na rəsmi xəbərdarlıq edib.
Bu barədə AMB-dən bildirilib.
Məlumata görə, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Bakı Fond Birjası” QSC-nin “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 46. 2 və 46. 3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib.
Qeyd edək ki, sözügedən maddələrə əsasən BFB-nin daxili qaydaları və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən beş iş günündən gec olmayaraq açıqlanmalıdır və Mərkəzi Banka təqdim etməlidir. BFB isə bu qaydaya riayət etməyib.