XƏBƏRLƏR / Maliyyə

Bu il valyuta hərraclarında satış 6.1 mlrd. dolları ötüb

Azərbaycan Mərkəzi Bankının məlumatı

Bu il valyuta hərraclarında satış 6.1 mlrd. dolları ötüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 80 valyuta hərracında 6 milyard 116.77 ABŞ dolları satılıb.

    AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.1 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-oktyabr ayları ərzində keçirilən valyuta hərraclarında 2 milyard 847,73 milyon ABŞ dolları satılmışdı.

    Cari ilin oktyabr ayında keçirilən valyuta hərraclarında isə satışın həcmi 738,7 milyon dollar təşkil edib.