Azərbaycanın strateji valyuta ehtiyatları açıqlanıb
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov jurnalistlərə məlumat verib
Azərbaycanın strateji valyuta ehtiyatları 2023-cü ilin sonunda 17 faiz artaraq 68,5 milyard dollar təşkil edib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün uçot dərəcəsinin parametrlərində dəyişikliklərə həsr olunmuş mətbuat konfransında jurnalistlərə deyib.
Onun sözlərinə görə, 2023-cü ildə AMB-nin valyuta ehtiyatları 29,1% və ya 2,6 milyard dollar artaraq 11,6 milyard dollar olub.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondları hesabına formalaşır.