Türkiyədə inflyasiya sürətlə aşağı enəcək
Bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib
Türkiyə höküməti yayda ölkədə inflyasiyanın sürətlə aşağı düşəcəyini gözləyir.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib.
O qeyd edib ki, iyun ayından başlayaraq inflyasiyanın sürətli enişi müşahidə ediləcək.
“İqtisadi stabilləşdirmə proqramı çərçivəsində Türkiyə höküməti maliyyə intizamını sərtləşdirməyi planlaşdırır”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, mart ayının sonunda Türkiyədə illik inflyasiya rəsmi məlumatlara görə 68,5% təşkil edib. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı onun 36%-ə qədər azalacağını proqnozlaşdırır. Eyni zamanda, tənzimləyicinin aprel sorğusunun iştirakçıları ilin sonuna qədər inflyasiyanın 44,1%-ə çatacağını gözlədiklərini bildiriblər.