Rus rublunun ardınca qazax təngəsi də çökdü
Məlumatı Qazaxıstan Fond Birjası yayıb
Qazaxıstan Fond Birjasında (KASE) hərraclarda Qazaxıstan təngəsi 1 dollar üçün 510,25-ə kimi ucuzlaşaraq tarixi minimumunu göstərib. Bu barədə "Reuters" xəbər verir.
Qazaxıstan Milli Bankı təngənin ucuzlaşmasının səbəblərini və cümə axşamı ticarətdə mümkün iştirakını hələ şərh etməyib.
Agentlik xatırladır ki, çərşənbə günü Qazaxıstan Fond Birjasında KASE ticarətində təngənin ABŞ dollarına nisbətdə orta çəkili məzənnəsi 1 dollar üçün 499,51 təşkil edib.