Plastik kartla daha çox ƏDV geri alacaqsınız
Yanvar ayının 1-dən “Vergi Məcəlləsi”ində yeni dəyişikliklər qüvvəyə minib
Artıq bu aydan etibarən plastik kartadan istifadə edərək alış-veriş edən vətəndaşlar üçün ƏDV-nin 15 faiz deyil, 17.5 faizi geri qaytarılacaq. Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10 faiz deyil, 5 faizini geri ala biləcəklər. İşğaldan azad olunan ərazilərdə nağdsız ödəniş edən vətəndaşlar üçün isə ƏDV-nin 30 faizi geri qaytarılacaq.
Beləliklə, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlara bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsiz ödəniş daha məqsədəuyğundur.
ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır.