Britaniya Böyük Qayıdışa görə Azərbaycana yardım ayırdı
Bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld məlumat yayıb
Birləşmiş Krallıq hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt sterlinq ayırıb.
Bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld məlumat yayıb.
“Bu vəsait ANAMA və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İnkişaf Proqramı çərçivəsində minatəmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib”, - diplomat bildirib.