XƏBƏRLƏR / Maliyyə

2022-ci ildə Azərbaycana pul köçürmələri 3 dəfə artıb

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib

2022-ci ildə Azərbaycana pul köçürmələri 3 dəfə artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərkəzi Bankdan (AMB) “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi ilkin hesablamalara görə 3,4 milyard dollar təşkil edib.

    "2022-ci ildə Azərbaycana daxil olan pul köçürmələrinin həcmi, ilkin hesablamalara görə, 2021-ci illə müqayisədə 3 dəfə artaraq 3,4 milyard dollar təşkil edib", - Mərkəzi Bankdan bildiriblər.

    2021-ci ildə fiziki şəxslərin Azərbaycana pul köçürmələri 1 milyard 133,391 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,6% çoxdur.