Qarabağın bərpasına xərclənmiş vəsait açıqlandı
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb
Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, 2023-cü ildə Qarabağın bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması planlaşdırılır. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.
Bu il sözügedən xərclərin üdcə xərclərində xüsusi çəkisi 9 %, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8% təşkil edəcək.