XƏBƏRLƏR / Maliyyə

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Mərkəzi Bank inflyasiya proqnozunu da açıqlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,5%-ə çatdırılması barədə qərar qəbul edib.


    Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artımla 6,75 faiz, yuxarı həddi isə 9,5 faiz artımla 0,25 faiz bəndi müəyyən edilib.

    "Bu qərar daxili və xarici mühitdə inflyasiyaya yuxarı və aşağı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla qəbul edilib", - AMB-nin məlumatında deyilir.

    İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı Mərkəzi Bankın növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.

    Azərbaycan Mərkəzi Bankı (AMB) bu il inflyasiyanın 8%-ə yaxın olacağını proqnozlaşdırır.

    “İllik inflyasiya ümumən azalma meylində olsa da, onun proqnozlaşdırılan səviyyəsi hədəfi aşmaqda davam edir. Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə baza ssenarisinin stabil versiyaları qorunmaqla, illik inflyasiyanın 8% civarında olacağı gözlənilir”, - deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.