Rusiya valyutası ucuzlaşa-ucuzlaşa gedir
Nəticədə dolların məzənnəsi 100 rublu ötüb
Dolların məzənnəsi son il yarımda ilk dəfə olaraq ₽102-i ötüb.
Rusiya valyutası ötən həftə stabilləşdikdən sonra yenidən ucuzlaşır. Nəticədə dolların məzənnəsi ₽102, avronun məzənnəsi ₽8, yuanın məzənnəsi isə ₽14-ü ötüb.
Moskva birjasının Moskva vaxtı ilə saat 14:27-yə olan məlumatına görə, dolların məzənnəsi 1,93% artaraq 102,345 ₽ olub. Əvvəlki dəfə dolların 102 ₽-dən yuxarı satışı il yarım əvvəl, 23 mart 2022-ci ildə olub.
Avronun məzənnəsi avqustun ortalarından bəri ilk dəfə olaraq ₽108-i ötüb. Moskva birjasında Moskva vaxtı ilə saat 14:22-ə olan məlumata görə, oktyabrın 9-da keçirilən ticarət zamanı avronun məzənnəsi 2,26 ₽ və ya 2,14% artaraq ₽108,03-ə çatıb.
Yuanın məzənnəsi 0,32 ₽ və ya 2,3% artaraq, Moskva vaxtı ilə saat 14:27-də ₽14,03-ə yüksəlib. Yuan 2022-ci il martın 30-dan bəri ən yüksək səviyyəyə qalxıb.