Azərbaycan və Ermənistan spikerləri Cenevrədə görüşəcək
Bu barədə Alen Simonyan “Telegram”da paylaşım edib

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan “Telegram”da paylaşım edib.
Sahibə Qafarova və Alen Simonyan arasında görüş oktyabrın 21-də Parlamentlərarası İttifaqın 151-ci assambleyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, tərəflər sonuncu dəfə 2025-ci ilin aprelində Sankt-Peterburqda görüşüblər.