XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq razılaşması

Müdafiə sahəsində razılaşmanı müdafiə nazirləri Zakir Həsənovl və Cuanşer Burçuladze imzalayıblar

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq razılaşması
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze general-polkovik Zakir Həsənovla görüşüb.

    Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

    Bildirilib ki, görüş zamanı Azərbaycan və Gürcüstan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmanın hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutduğu qeyd edilib.