XƏBƏRLƏR / Hərbi

Ermənistanla Çin müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Ermənistan KİV-i xəbər verir

Ermənistanla Çin müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

    Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan və Çinin müdafiə nazirləri Suren Papikyan və Dun Tszyun arasında Çində keçirilən görüşdə bildirilib.

    Tərəflər iki ölkənin silahlı qüvvələri arasında yüksək səviyyəli əlaqələri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər. Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.

    Qeyd edək ki, Suren Papikyan Çində işgüzar səfərdədir.