XƏBƏRLƏR / Hərbi

Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyası gəlir

Bunu Pakistanın informasiya naziri Atta Tərar yerli KİV-ə müsahibədə bildirib

Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyası gəlir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan yaxın gələcəkdə Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək.

    Bunu Pakistanın informasiya naziri Atta Tərar yerli KİV-ə müsahibədə bildirib.

    "Azərbaycan yaxın gələcəkdə Pakistandan “JF-17 Thunder" qırıcılarının ilk partiyasını qəbul edəcək. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, - A.Tərar qeyd edib.

    Pakistanlı nazir həmçinin bildirib ki, Azərbaycan Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərib və ölkəyə 2 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır.

    Qeyd edək ki, “JF-17 Thunder” Pakistan və Çin tərəfindən birgə hazırlanan yüngül, çoxtəyinatlı reaktiv döyüş təyyarəsidir. Təyyarə təkmühərrikli quruluşa və hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.