XƏBƏRLƏR / Hərbi

Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib

Türkiyənin milli müdafiə naziri Azərbaycana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlib.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

    Y.Güləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar. Naziri səfərdə Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel müşayiət edirlər.