Bakıda və bölgələrdə Zəfər yürüşü keçirilir YENİLƏNİB/FOTO
Şəhərlərin küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir
Bakıda Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.
Zəfər yürüşlərindən biri Qəzənfər Musabəyov parkından start götürüb.
Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti istiqamətində davam edən yürüş Şəhidlər Xiyabanında sona çatacaq.
Məlumat üçün bildirək ki, yürüşlər Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən təşkil edilir.
Əlavə edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Qeyd edək ki, hazırda bundan əlavə Bakıda Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilir.
***

Xankəndi şəhərində də hərbi qulluqçuların yürüşü başlayıb.

Xankəndinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.
***

Şuşada hərbi parada hazırliq gedir.
İşğaldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar keçirilən hərbi yürüş başa çatıb.

Qəhrəman Azərbaycan hərbçilərinin Bayraq meydanından başlayan yürüşü hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrut üzrə davam edib.

Şəhər sakinləri hərbi yürüşü böyük qürurla izləyiblər.
***

İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümünə həsr olunan hərbi yürüş keçirilir.

Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayan yürüşdə hərbi qulluqçuların nizam-intizamı, mərd duruşu və qələbə ruhu şəhərin küçələrində hər addımda hiss olunur. Sakinlər yolboyu toplaşaraq qəhrəman əsgərləri alqışlarla qarşılayır, onlara olan ehtiram və qürur hissini ifadə edirlər.
2 dəqiqə