XƏBƏRLƏR / Hərbi

İran HDQ komandanı Şəhidlər xiyabanını ziyarət etdi

Kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır

İran HDQ komandanı Şəhidlər xiyabanını ziyarət etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

    Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.