Azərbaycanın Su-25 hücum təyyarələrinin qatıldığı təlim
Türkiyədə “Anadolu Ankası- 2025” beynəlxalq təlimi başlayıb VİDEO

Türkiyənin Konya şəhərində “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix - 2025”) beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
VİDEO
"Anadolu" agentliyinin yaydığı məlumata görə, manevrlərdə Türkiyə ilə yanaşı, Azərbaycan, ABŞ, Almaniya, Bosniya və Hersoqovina, İtaliya, Qətər, Rumıniya, Slovakiya və Səudiyyə Ərəbistanı da iştirak edir.
Təlimlər mtrtayın 23-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix - 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak etmək üçün mayın 8-dən Türkiyənin Konya şəhərində səfərdədir. Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edir.