MDB ölkələrinin Baş Qərargah rəisləri Astanada görüşüb
Görüşdə Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Azərbaycan təmsil olunub
Qazaxıstanın paytaxtı Astanada MDB Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ölkələrin orduları arasında əməkdaşlığın daha da inkişafını möhkəmləndirən yekun sənədləri imzalayıblar.
Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Azərbaycanın hərbi idarələrinin nümayəndələri həmçinin yüksək texnologiyalı silah və hərbi texnikanın istifadəsindəki mövcud təcrübələri, eləcə də radiasiya, kimyəvi və bioloji müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Ermənistan nümayəndələri görüşə qatılmayıblar.
1 dəqiqədən az