XƏBƏRLƏR / Hərbi

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti Azərbaycanda fəaliyyətə başlayıb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    “Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsində atılan konkret və strateji addımların bir göstəricisi olaraq Makina və Kimya Sənayesi Anonim Şirkəti (MKE) tərəfindən Azərbaycanda “Makina və Kimya Azerbaijan (MKA)” adı ilə yaradılan və şirkətin xaricdəki ilk filialı olma xüsusiyyətini daşıyan müəssisə fəaliyyətə başlayıb”, - nazirliyin açıqlamasında qeyd olunub.