Rusiya helikopteri Polşa hava məkanını pozub
Məlumatı Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı verib
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirir ki, Rusiyaya məxsus Mi-8 helikopteri Kalininqrad vilayətindən uçurmuş. Helikopter Polşa hava məkanını təxminən 300 metr dərinliyə qədər pozub və orada 42 saniyə qalıb.
Polşa Silahlı Qüvvələrinin radar sistemləri helikopterin uçuşunu izləyib. Qırıcı təyyarələr havaya qaldırılıb və yerüstü hava hücumundan müdafiə sistemləri həyəcan vəziyyətinə gətirilib.
"Hadisənin xarakteri göstərir ki, Rusiya bir daha hava hücumundan müdafiə sistemimizin hazırlığını sınaqdan keçirir", - deyə bəyanatda bildirilir.
1 dəqiqədən az