Şərti düşmənin hava hədəfləri dəqiqliklə məhv edildi VİDEO

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • 2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

    Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.