XƏBƏRLƏR / Hərbi

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı dərinləşdirir FOTO

Türkiyə şirkəti Bakı ilə əməkdaşlığı "Bir millət, iki dövlət" prinsipi əsasında inkişaf etdiyini bildirib

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı dərinləşdirir FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbulda zirehli texnikanın modernləşdirilməsi ilə bağlı Azərbaycan və Türkiyə şirkətləri arasında memorandum imzalanıb.

    Türkiyənin MKE və Azərbaycanın MİRAS şirkətləri BMP-1-i birgə modernləşdirmək və "Tolga" anti-dron sistemlərini inteqrasiya etmək barədə razılığa gəliblər.

    Bu, təkcə avadanlıqların təmirini deyil, həm də onun müasir müharibəyə uyğunlaşdırılmasını nəzərdə tutur, çünki dronlar artıq döyüş meydanında əsas amilə çevrilib.

    MKE vurğulayıb ki, Bakı ilə əməkdaşlıq "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edir.