XƏBƏRLƏR / Hərbi

Kərim Vəliyev Beynəlxalq "Anadolu Qartalı - 2025"-də

Bununla bağlı Türk Silahlı Qüvvələri məlumat yayıb YENİLƏNİB

Kərim Vəliyev Beynəlxalq "Anadolu Qartalı - 2025"-də
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:30

    Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləyib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi xəbər verib.

    Sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

    Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.

    “Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.


    Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.


    Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

    Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

    ***

    12:05


    Azərbaycan ordusunun Baş qərərgah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla birlikdə Beynəlxalq Anadolu Qartalı - 2025 təlimində fəxri müşahidəçi qismində iştirak edib.

    Bununla bağlı Türk Silahlı Qüvvələrinin "X" hesabında paylaşım edilib.

    Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal da təlimdə iştirak edib.

    ***

    11:09

    Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.

    Bununla bağlı Türk Silahlı Qüvvələrinin "X" hesabında paylaşım edilib.

    Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.