XƏBƏRLƏR / Hərbi

“Birlik – 2025”də iştirak edəcək hərbçilər Özbəkistana gedib

Bu barədə Müdafiə Nazirliyi xəbər verib

“Birlik – 2025”də iştirak edəcək hərbçilər Özbəkistana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

    “Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.