Rusiya SM-in Qarabağı tərk etməsinin yeni görüntüsü VİDEO
Kadrları Rusiya Müdafiə Nazirliyinə yaxın olan mənbə yayıb
Rusiya müdafiə nazirliyinin "Zvezda" telekanalı Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinin yeni görüntüləri yayıb.
Hərbi ekspert Aqil Rüstəmzadə deyib: "Son dəfə 2013-cü ildə çox böyük çətinliklə Azərbaycan ərazisindəki obyektlərini tərk etmişdilər. İndi sülhməramlılar Qarabağı tərk edirlər. Ümid edirəm ki, bir daha geri qayıtmayacaqlar".