XƏBƏRLƏR / Hərbi

ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsi rekord həddə çatıb

Bu barədə CNN telekanalı xəbər verir

ABŞ-ın 2024-cü il üçün hərbi büdcəsi rekord həddə çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Senatı ölkənin 2024-cü il üçün hərbi büdcə layihəsinin 886 milyard dollar məbləğində təsdiq edilməsinə səs verib.

    Layihə Nümayəndələr Palatasına təqdim edilib və bu həftə bununla bağlı qərar qəbul ediləcək.

    CNN-in qeyd etdiyi kimi, qanun layihəsi 3 mindən çox səhifədən ibarətdir və ölkənin müdafiə ehtiyacları üçün yüksək vəsait ayırmağı təklif edir. Kanalın materialına görə, bu sənəddə nəzərdə tutulan hərbçilərin maaşları ABŞ tarixində rekord göstərici olacaq.