Komando bölmələri şərti düşməni ələ keçirdi VİDEO
Bu barədə Müdafiə Nazirliyi xəbər verib
2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.