XƏBƏRLƏR / Hərbi

ABŞ Suriyadakı hərbi kontingentinin sayını 2 dəfə artırıb

Bu barədə Pentaqonun sözçüsü Rayder mətbuat konfransında bildirib

ABŞ Suriyadakı hərbi kontingentinin sayını 2 dəfə artırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Müdafiə Nazirliyi Suriyadakı hərbi kontingentinin sayını 900-dən 2000-ə qədər artırdığını açıqlayıb.

     Bu barədə Pentaqonun sözçüsü Rayder mətbuat konfransında bildirib.

    O, əlavə 1100 şəxsi heyətin adətən 30 ilə 90 gün arasında döyüş bölgəsində qalan “müvəqqəti rotasiya qüvvəsi” hesab edildiyini açıqlayıb. Rayder həmçinin qeyd edib ki, Suriyada kontingentin güclənməsi hələ Əsəd rejiminin süqutundan əvvəl baş verib.