Ermənistan-İran hərbi əməkdaşlığı yüksək qiymətləndirib
Ermənistanın müdafiə naziri Suren Papikyan Tehranda iranlı həmkarı Əziz Nəsirzadə ilə görüşüb
Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadə ilə görüşüb.
Nazirlər müdafiə sahəsində Ermənistan-İran əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib.

Papikyan və Nəsirzadə qarşılıqlı fəaliyyətlərlə bağlı bəzi məsələləri müzakirə ediblər, həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1 dəqiqədən az