XƏBƏRLƏR / Hərbi

DQİDK nümayəndələri hərbçilərlə görüşüb

Bu barədə Müdafiə Naziriyindən xəbər verilib

DQİDK nümayəndələri hərbçilərlə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Respublikamızda 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.

    Tədbirlər çərçivəsində Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçuları və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bir qrup nümayəndəsinin iştirakı ilə Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib.

    Görüşlərdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu siyasətində hər zaman milli-mənəvi dəyərlərimizi yüksək tutub, adət-ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanındığı diqqətə çatdırılıb.

    Keçirilən görüşlər zamanı şəxsi heyətlə “Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu” və digər mövzularda geniş söhbətlər aparılıb, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

    Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.