XƏBƏRLƏR / Hərbi

Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib

Zakir Həsənovun rəsmi səfəri iyunun 29-dək davam edəcək

Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib
Zakir Həsənov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib. 

    Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır. 

    Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.