Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda VİDEO

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

    Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.