Yaşar Gülər Kərim Vəliyevlə birlikdə təlim izləyib
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birlikdə "Atəş sərbəst-2025" təliminin müşahidəçi gününü izləyib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Selcuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, Quru Qoşunlarının komandanı general-mayor Nahit Şenoğul da təlimi izləyiblər.
Hərbçilər şərti hədəfləri dəqiqliklə vurublar.
Yaşar Gülər təlimdə iştirak edən şəxsi heyətlə görüşüb və fərqlənən hərbi qulluqçuları təbrik edib.
***
19:15
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.