XƏBƏRLƏR / Hərbi

"Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi

Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb

"Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Quru Qoşunlarının 2023-cü il üçün hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

    Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.

    Mərasimdə çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu kimi kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirənlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

    Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

    Sonda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.