XƏBƏRLƏR / Hərbi

Azərbaycanın Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedib

Müdafiə Nazirliyi xəbər verir

Azərbaycanın Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovailinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Rəsmi səfər proqramına əsasən, general-polkovnik K.Vəliyevin Krallığın hərbi rəhbərliyi ilə bir sıra görüşləri, həmçinin Terrorla Mübarizə İslam Koalisiyası Mərkəzini ziyarəti planlaşdırılır.