XƏBƏRLƏR / Hərbi

Zabitimiz Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib

Leytenant Əliyev Ədib Nazim oğluna ödülü Cənubi Koreya Respublikasının milli müdafiə naziri Kim Seon-ho təqdim edib FOTO

Zabitimiz Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib.

    Fevralın 27-də Seul şəhərində Cənubi Koreya Respublikasının Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

    Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub.

    "Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı"nı hərbi qulluqçumuza Cənubi Koreya Respublikasının milli müdafiə nazirinin vəzifələrini icra edən cənab Kim Seon-ho təqdim edib.