XƏBƏRLƏR / Hərbi

Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb

Bu, 2026-cı il və sonrakı üç il üçün xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb

Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub.

    Bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

    Gələn il bu sahəyə 8 milyard 110 milyon 642.2 min manat ayrılması proqnozlaşdırılır.

    Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473.2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393.1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393.9 min manat olacaq.