Azərbaycan və İsrail birgə fəaliyyətləri müzakirə ediblər
İqtisadiyyat naziri Cabbarov İsrail Dövlətinin Maliyyə naziri Elkinin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti ilə görüşüb FOTO
Azərbaycan və İsrail müxtəlif sahələrdə birgə fəaliyyətləri müzakirə ediblər.

İqtisadiyyat naziri Cabbarov İsrail Dövlətinin Maliyyə naziri və Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi İsrail nümayəndə heyəti ilə görüşüb.

Tərəflər enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşdırma, innovasiya və logistika sahələrində birgə fəaliyyətin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Həmçinin, noyabrın 20-də Qüdsdə keçirilən Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclasında müəyyən edilmiş prioritet sahələrdə əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
1 dəqiqədən az