XƏBƏRLƏR / Hərbi

Azərbaycan və İtaliya hərbi əməkdaşlığı müzakirə edilib

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib

Azərbaycan və İtaliya hərbi əməkdaşlığı müzakirə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkəmizdə keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və gələcəkdə daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.