Səudiyyə Ərəbistanı Türkiyədən $5-7 mlrd-lıq PUA alacaq
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında müqavilə imzalanıb
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi (KSA) ilə Türkiyənin “Baykar” şirkəti arasında müqavilə imzalanıb ki, bu da Türkiyənin müdafiə və aerokosmik sənayesi sahəsində ən böyük ixrac müqaviləsi olub.
Müqavilənin dəyəri 5-7 milyard dollar arasında qiymətləndirilir.KSA hərbi idarəsi krallığın silahlı qüvvələrinin döyüş hazırlığını artırmaq, müdafiə və istehsal potensialını gücləndirmək üçün türk pilotsuz təyyarələri alacaq.